Milanda saxlanılan rusiyalı cütlük Fransaya ekstradisiya ediləcək

Dünya

19.10.2023 - 17:35

Drujininlər haker hücumları törətməkdə ittiham olunurlar

İtaliyanın Milan şəhərində saxlanılan Rusiyadan olan ər-arvad İlya və Marina Drujininlər Fransaya ekstradisiya olunacaqlar və orada kiber fırıldaqçılıqla bağlı təhqiqat aparılacaq. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş Konsulluğu məlumat yayıb.

“İtalyan vəkil bizə bildirib ki, avqustun 25-də Malpensada saxlanılan Drujin cütlüyü Kassasiya Məhkəməsinin qərarı ilə Fransaya ekstradisiya ediləcəklər”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, Drujininlər haker hücumları törətməkdə ittiham olunurlar. İtaliyada apellyasiya məhkəməsi əvvəlcə cütlüyün ekstradisiya tələbini rədd etsə də, Fransanın ikinci tələbi təmin edilib. Cütlük bütün ittihamları rədd edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş