Arzu Tağıyev hadisə yerində keçinib
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Abşeron Rayon Polis İdarəsindən AYNA-ya verilən xəbərə görə, hadisə rayonun “Mexkalon” yaşayış məntəqəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.