Bakıda 4 uşağın həyatı xilas edilib

Hadisə

14.10.2019 - 10:42

Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı müraciətlər daxil olub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Bakı şəhərinin Səbail rayonunda heyvan faktorunun su hovuzuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən suya düşmüş it xilas edilib.

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə Bakı şəhərinin Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı da 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 azyaşlının liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə