Metroya daxil olmaq istəyən koronavirus xəstələri saxlanılıb

Xəbərlər

31.08.2021 - 13:51

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir

 

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha da gücləndirilib.

 

Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalısan iki nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü̈ Elşən Hüseynov, 2003-cü il təvəllüdlü̈ Nurlan Hümbətov müəyyənləşdirilərək, aidiyyəti üzrə təhvil verilib və müalicə təyin olunan ünvana yerləşdilib.

 

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.

Müəllif: Ayna.az