Məscidin üstünə Bizans bayrağı asdılar

Dünya

08.06.2020 - 07:13

Həkimlər Klinikalar SEO Xidməti

Cənubi Kiprdə məscidlərə qarşı təxribat davam edir

 

Cənubi Kiprdə son bir həftədir ki, məscidlərə yönəlik təxribatlar davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Larnaka şəhərində olan Duzla məscidinin divarına Bizans bayrağı asılıb.

 

Hadisə şəhərin Həmid Bəy adlanan küçəsində baş verib. Kimliyi bilinməyən şəxs və ya şəxslər Bizans bayrağını məscidin üstündən asıblar.

 

Ölkənin Din İşləri naziri Talib Atalay açıqlama verərək bildirib ki, bu təxribat xarakterli hərəkətdir və hadisəni qınayır. Atalay cinayətkarların dərhal tapılması çağırışı da edib. Rum kilsəsi yetkililərinin isə Duzla məscidinə baxış keçirməyə getdikləri verilən xəbərlər arasındadır.

 

Qeyd edək ki, bir neçə gün öncə də Cənubi Kiprin Limasol şəhərindəki Körpülü məscidinin minarəsinə “Molotov kokteyli” atılıb, divarlarına İslam dini əleyhinə yazılar yazılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş