“Məscid-ül Əqsa” önündə qarşıdurma baş verib

Dünya

24.01.2020 - 19:13

Həkimlər Klinikalar SEO Xidməti

Şeyx İkrimə fələstinlilərin çiyinlərində məscidə daxil olub

 

İsrail təhlükəsizlik qüvvələri tərəfindən “Məscid-ül Əqsa”ya girişi qadağan edilən Qüds Yüksək İslam Heyətinin sədri və “Məscid-ül Əqsa”nın imamı Şeyx İkrimə fələstinlilərin çiyinlərində “Məscid-ül Əqsa”ya daxil olub. AYNA xarici mətbuata istindaən xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri, “xalq arasında fitnə salmaq” ittihamı ilə şeyx İkrimə Səbrinin bir həftəlik məscidə girişini qadağan etmişdi.

 

Belə ki, İkrimə Səbri təhlükəsizlik qüvvələrinin qərarına məhəl qoymadan cümə namazı qıldırmaq üçün məscidə daxil olmağa cəhd göstərib. Lakin İsrail polisi buna müdaxilə edib və nəticədə polislərlə fəlstinlilər arasında qarşıdurma meydana gəlib.

 

Məscidə girmək haqqı olduğunu israr edən Səbri fəlsətinlilərin çiyinlərində məscidə girib və birlikdə “Allah böyükdür” şüarları səsləndiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş