Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Xəbərlər

07.11.2026 - 21:37

Dalğanın hündürlüyü 2.5-3.5 metrə, sonrakı inkişafda isə 4.0-6.0 metrə çatacaq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. AYNA.AZ xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

Məlumatda qeyd edilib ki, dalğanın hündürlüyü 2.5-3.5 metrə, sonrakı inkişafda isə 4.0-6.0 metrə çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş