Mərkəzi Qan Bankı koronavirusdan sağalanlara müraciət edib

Xəbərlər

19.06.2020 - 11:26

cedabet dərman SEO Xidməti

 "Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var"

 

Mərkəzi Qan Bankı koronavirusdan sağalan vətəndaşlara müraciət edib. Mərkəzi Qan Bankından AYNA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

 

"Hal-hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik! Qan (plazma) donoru ol, həyat qurtar!", - deyə müraciətdə bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş