Nəqliyyat vasitəsi sahibinə qaytarılıb
Oktyabrın 28-də Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobil qaçırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb.
Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.