Məktəblərdə peşə təmayüllü siniflər yaradılacaq

Cəmiyyət

13.05.2020 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Tədris planı və tədris resursları Təhsil Nazirliyi tərəfindən hazırlanacaq

 

Tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflər təşkil ediləcək. AYNA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

 

Qərarda, həmçinin qeyd olunur ki, peşə təmayüllü siniflərdə ölkə və regional səviyyədə mövcud olan əmək bazarının ehtiyacları nəzərə alınmaqla, praktik bilik və bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək.

 

Peşə təmayüllü siniflər üçün tədris planı və tədris resursları Təhsil Nazirliyi tərəfindən hazırlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş