Meksikada helikopter qəzaya uğrayıb, ölənlər var

Dünya

07.03.2024 - 07:43

cedabet dərman SEO Xidməti

Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması üç hərbi qulluqçunun ölümü, ikisinin itkin düşməsi ilə sonuclanıb.

AYNA xəbər verir ki, bu barədə HDQ-nin press-relizində bildirilib.

Qeyd olunub ki, insident Lasaro-Kardenasadan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib. Helikopterin göyərtəsində ümumilikdə səkkiz nəfər olub ki, onlardan üçü qurtarılıb.

Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, ötən ay Kolumbiyada helikopter qəzasında dörd polis əməkdaşı ölmüşdü.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş