Mehriban Əliyeva Həmid Heydərini təbrik etdi

Xəbərlər

28.08.2021 - 21:21

Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşım edib 

 

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 7-ci qızıl medalı qazanan idmançımız Həmid Heydərini təbrik edib. 

 

AYNA xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşımda deyilir:

 

"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!".

Müəllif: Ayna.az