Medvedev: “Qərbin Navalnının ölümünə reaksiyası təəccüblü görünür”

Dünya

22.02.2024 - 17:32

cedabet dərman SEO Xidməti

“Navalnı ilə bağlı bəyanatlar artıq siyasi proqrama və təbliğata çevrilib”

“Aleksey Navalnının ölümünə Qərbin reaksiyası təəccüblü görünür. Çünki baş verənlər barədə onların məlumatı yoxdur”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Onlar hələ baş verənlər haqqında məlumatlara malik deyillər”, - Medvedev əlavə edib.

Onun sözlərinə görə, Navalnı ilə bağlı bəyanatlar artıq siyasi proqrama və təbliğata çevrilib.

Qeyd edək ki, fevralın 16-da Rusiya müxalifətinin lideri Aleksey Navalnı cəza çəkdiyi həbsxanada ölüb. Federal Penitensiar Xidmətin məlumatına görə, siyasətçi qan laxtalanmasından dünyasını dəyişib. Navalnının tərəfdarları isə Kremli ittiham edir, bunu “siyasi qətl” adlandırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş