Şimalda yerləşən Txaynquen əyalətinə daha çox ziyan dəyib
Vyetnamda “Matmo” qasırğasının vurduğu ziyan 8,7 trilyon donqu (təqribən 330,3 milyon dollar) ötüb.
AYNA.AZ Azərtac-a istinadən bildirir ki, şimalda yerləşən Txaynquen əyalətinə daha çox ziyan dəyib. Vilayətdəki itkilər 4 trilyon donq (təxminən 151,9 milyon dollar) həcmində qiymətləndirilib.
Bildirilir ki, Vyetnamın Baş naziri Fam Min Tin dörd əyalətdə son daşqınların nəticələrini aradan qaldırmaq üçün əlavə 400 milyard donq (təxminən 15,2 milyon dollar) təcili yardım paketini təsdiqləyib.
Son məlumatlara görə, “Matmo” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər ölüb, 15 nəfər xəsarət alıb.