Milyarder “Monopoliya” stolüstü oyununun qaydalarının fotosunu yerləşdirməklə bunu edib
Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ Federal Ehtiyat Sisteminin (FRS) işini ələ salıb. AYNA xəbər verir ki, Mask sosial şəbəkədəki “X” səhifəsində “Monopoliya” stolüstü oyununun qaydalarının fotosunu yerləşdirməklə bunu edib.
Bu şəkil, bankda pul bitdikdə oyunda nə baş verdiyini izah edir. Qaydalara əsasən, bəzi oyunçular hesab edirlər ki, bankın vəsaiti bitərsə, müflis olur. Bununla belə, o, heç vaxt müflis olmayacaq.
Oyunçular davam etmək üçün bankda kifayət qədər pul olana qədər hər bir oyunçunun bank əməliyyatlarının qeydini saxlamaq üçün kağız vərəqlərindən istifadə etməlidirlər. Qaydalarda deyilir ki, bankir adi kağız parçalarından da “yeni” pul buraxa bilər.
“Federal Ehtiyatlar Sistemi belə işləyir” deyə iş adamı şəklin altında yazıb.