Masazırda istixanaya məcburi göstəriş verilib

Xəbərlər

23.09.2020 - 11:46

cedabet dərman SEO Xidməti

İşçilər tərəfindən ərazi tullantılardan təmizlənib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

 

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

 

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş