Masallıda Vətən müharibəsi şəhidinin məzarı ziyarət edilib

Xəbərlər

30.11.2025 - 15:27

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi baş çavuş Cavad İbadovun anım günündə məzarını ziyarət ediblər.

AYNA.AZ xəbər verir ki, şəhidin əziz xatirəsi məzarı başında ehtiramla yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarıın unudulmaz xidmətlərindən söz açılıb.

Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq.

Masallıda Vətən müharibəsi şəhidinin məzarı ziyarət edilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş