Martın 20-dən 29-dək ictimai nəqliyyat işləməyəcək

Xəbərlər

19.03.2021 - 16:11

Həftə sonları ictimai nəqliyyat qadağası isə iyunun 1-dək davam edəcək

 

Ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılacaq.

 

AYNA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

 

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

 

- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

 

- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

 

- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

 

- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

 

- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

 

- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

 

- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

 

- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

 

- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Müəllif: Ayna.az