Gəmidən ümumilikdə 39 nəfər təxliyyə edilib, 4 nəfər yanıq xəsarətləri ilə xəstəxanalara göndərilib
Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Administrasiyası Marmaris kurortunun yaxınlığında turist gəmisində baş verən yanğında ən azı 17 nəfərin xəsarət aldığını bildirib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, söhbət hadisə zamanı göyərtəsində 96 sərnişin və 6 ekipaj üzvü olan “Eagles” gəmisindən gedir.
Yanğın zamanı insanlar suya atılıb. Sərnişinlərin xilas edilməsində təkcə Sahil Mühafizəsi deyil, yaxınlıqdakı yaxtalar da iştirak edib.
"Bəzi xarici turistlər yanan gəmidən tullanıb, digərləri isə yaxınlıqdakı yaxtaların, Gəmilərin və Sahil Mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib”, - medianın məlumatında qeyd edilib.
Gəmidən ümumilikdə 39 nəfər təxliyyə edilib, 4 nəfər yanıq xəsarətləri ilə xəstəxanalara göndərilib.
Yanan gəmi tamamilə batıb. İyirmi metrlik gəmidəki yanğının səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılıb.

