Marko Rubionun müavini Azərbaycana gəlir

Xəbərlər

17.11.2025 - 16:40

ABŞ dövlət katibinin müavini Alison Huker Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison M. Huker bu həftə Azərbaycana səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, "katibin müavini Huker 15-21 noyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycana işgüzar səfər edəcək".

Səfərin əlavə təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, bu gün Huker İrəvandadır və Ermənistan rəsmiləri ilə görüşlər keçirir.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Marko Rubiodur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş