Rafael Qrossi: “Bu, hərbi aktivliyin artması fonunda baş verib”
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (AES) ehtiyat elektrik təchizatı xəttinin bağlanması fonunda stansiyada real təhlükə yarandığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.
Qrossinin bəyanatında həmçinin qeyd olunub ki, stansiyada ehtiyat elektrik xəttinin dayandırılmasının səbəbləri məlum deyil, lakin bu, hərbi aktivliyin artması fonunda baş verib.
“Hərbi fəaliyyət barədə bu gün səhər artilleriyadan çoxsaylı atəş səsləri eşidən, çərşənbə günü isə raket hücumlarının səslərini eşidən MAQATE ekspertləri məlumat veriblər”, - bəyanatda qeyd olunub.