MAQATE İranın nüvə obyektlərində şübhəli fəaliyyət aşkar edib

Dünya

30.10.2025 - 09:51

“İranın mövcud zənginləşdirilmiş uran ehtiyatları nəzəri olaraq ona 10 nüvə başlığı yaratmağa imkan verə bilər”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri İranda uranın zənginləşdirilməsinə dair heç bir dəlil tapmayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə MaQATE-nin direktoru Rafael Qrossi “Associated Press” agentliyinə bildirib.

Deyib ki, nüvə obyektlərinə çıxışın olmamasına baxmayaraq, peyk məlumatları İslam Respublikasının əvvəlki səviyyələrdən daha çox zənginləşdirilmiş uran istehsalını artırdığını göstərmir.

Lakin Qrossi MAQATE-nin uran ehtiyatlarının saxlanıldığı obyektlər ətrafında "hərəkət" aşkarladığını bildirib. Onun 60%-ə qədər zənginləşdirilmiş radioaktiv materialın hələ də İranda olduğu barədə məlumatı var.

"Bu, hazırda müzakirə etdiyimiz məsələlərdən biridir, çünki ora qayıtmalı və materialın həqiqətən orada olduğunu və başqa məqsədlər üçün istifadə edilmədiyini təsdiqləməliyik", - deyə Qrossi əlavə edib və bildirib ki, "bu, çox vacibdir".

Müfəttişlərin obyektlərə birbaşa çıxışı olmadığı üçün agentlik peyk görüntülərinə etibar etmək məcburiyyətində qalır. Lakin Qrossinin sözlərinə görə, bu, baş verənlər barədə yalnız məhdud məlumat verir.

MAQATE rəhbəri həmçinin xəbərdarlıq edib ki, “Tehran istəsə, İranın mövcud zənginləşdirilmiş uran ehtiyatları nəzəri olaraq ona 10 nüvə başlığı yaratmağa imkan verə bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş