MAQATE-dən Rusiya və Ukraynaya çağırış

Dünya

08.04.2024 - 07:44

cedabet Klinikalar SEO Xidməti

Qrossi münaqişə tərəflərini Zaporojya AES-in nüvə təhlükəsizliyinə xələl gətirməməyə çağırıb

Ukraynada münaqişə tərəfləri Zaporojye AES-in təhlükəsizliyinə xələl gətirən hərəkətlərdən çəkinməlidirlər. AYNA xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossinin Moskva və Kiyevə müraciətində qeyd edilib. Qrossi müraciəti “X” sosial şəbəkə hesabında edib.

“Mən MAQATE-nin beş prinsipinə zidd olan və nüvə təhlükəsizliyinə xələl gətirən hərəkətlərdən çəkinməyə çağırıram”, - deyə Qrossi vurğulayıb.

Bundan əlavə, MAQATE əməkdaşları hadisə ilə bağlı Zaporojye AES-in nümayəndələri tərəfindən məlumatlandırıldıqlarını təsdiqləyiblər. Onlar öz növbəsində obyektdə dronun partladılması faktını təsdiqləyiblər.

Qeyd edək ki, stansiyanın nümayəndələri Ukrayna ordusunun AES-in 6-cı enerji blokunun günbəzinə hücumu barədə məlumat veriblər. Ciddi xəsarət və tələfat olmadığı bildirilib.

Amma sonra üç əməkdaşın yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu barədə məlumat yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş