Onlar zirehli avtomobillə qiyamın baş qaldırdığı Kati hərbi bazasına aparılıblar
Malidə hərbi qiyamçılar paytaxt Bamakoda ölkə Prezidenti İbrahim Bubakar Keytanı və Baş Nazir Bubu Sisseni tutublar. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Xəbərdə qeyd edilib ki, Prezident və Baş Naziri üsyançılar evlərdən çıxarıblar. Onları zirehli avtomobillə qiyamın baş qaldırdığı Kati hərbi bazasına aparıblar.