Malidə avtobus körpüdən aşıb, 31 nəfər ölüb

Dünya

28.02.2024 - 07:54

cedabet dərman SEO Xidməti

Qəzanın səbəbi idarəetmənin itirilməsi ilə əlaqələndirilir

Malidə avtobusun körpüdən aşması 31 nəfərin ölümü, 10 nəfərin isə yaralanması ilə nəticələnib.

AYNA xəbər verir ki, bu barədə Afrika ölkəsinin Nəqliyyat və İnfrastruktur Nazirliyi feysbukda bildirib.

Nazirlik qeyd edib ki, hadisə yerli vaxtla ötən gün saat 17:00 radələrində baş verib. Ağır yol-nəqliyyat hadisəsi baş vermə səbəbi idarəetmənin itirilməsi ilə əlaqələndirilir.

Nəqliyyat vasitəsinin Burkina-Faso istiqamətində hərəkət etdiyi vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş