Sistem Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyini gücləndirmək tədbirlərinin bir hissəsi olaraq yerləşdirilib
Türkiyə Müdafiə Nazirliyi Yaxın Şərqdə artan gərginlik fonunda Malatya əyalətində NATO istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirildiyini açıqlayıb.
AYNA.AZ xəbər verir ki, nazirliyin açıqlamasına görə, sistem Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyini gücləndirmək tədbirlərinin bir hissəsi olaraq yerləşdirilib.
"Türkiyə ölkəni və vətəndaşlarını qorumaq üçün lazımi tədbirlər görür və NATO və müttəfiqləri ilə məsləhətləşmələr aparır. Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO hava və raketdən müdafiə tədbirləri gücləndirilib. Bu kontekstdə hava məkanının qorunmasını dəstəkləmək üçün Malatyada “Patriot” sistemi yerləşdirilib", - nazirliyin açıqlamasında qeyd olunub.
Müdafiə Nazirliyindən həmçinin qeyd edilib ki, Türkiyə NATO və müttəfiqləri ilə birlikdə inkişaf edən vəziyyəti qiymətləndirməyə və regional sülh və sabitliyin təmin edilməsi üçün addımlar atmağa davam edəcək.