Makrondan xəbərdarlıq: “Avropa beş il ərzində "süpürülə" bilər”

Dünya

10.02.2026 - 21:40

“Amerikalıların nə qədər irəli gedəcəyini təxmin etmək mümkün deyil”

“Avropa beş il ərzində "süpürülə" bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə deyib.

"Əgər biz heç nə etməsək, Avropa beş il ərzində “süpürüləcək””, - deyə Fransa lideri xəbərdarlıq edib.

Müsahibədə Makron ABŞ-ın ticarət tariflərinin tətbiqini və Vaşinqtonun Qrenlandiyaya iddiasını qeyd edib. Makron bildirib ki, “amerikalıların nə qədər irəli gedəcəyini təxmin etmək mümkün deyil”.

O hesab edir ki, Avropa heç nə etməsə, beş il ərzində “süpürüləcək”. Makrona görə, Qrenlandiya ilə bağlı vəziyyət Avropa İttifaqının təhlükə altında olduğunu göstərir.

Makrona görə, “avropalılar çarəsizdirlər və amerikalıların başqa nə etməyə hazır olduqlarını başa düşmürlər. Bu, yalnız Qrenlandiya ilə bağlı deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş