“Mən inanıram ki, bu, Putinin növbəti dəfə Trampı aldatması demək olacaq"
“Rusiya lideri Vladimir Putin yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsə, Rusiya yeni sanksiyalarla üzləşmək riski ilə üz-üzə qalacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Figaro”ya deyib.
"Prezident Putinin ABŞ Prezidenti Donald Trampa söz verdiyi bu ikitərəfli görüş bazar ertəsinə qədər baş tutmasa, mən inanıram ki, bu, Putinin növbəti dəfə Trampı aldatması demək olacaq", - Makron bildirib.
Siyasətçi vurğulayıb ki, bundan sonra Fransa və Almaniya ilkin və ikinci dərəcəli anti-Rusiya sanksiyalarının tətbiqinin tərəfdarı olacaqlar.