Makron: “Fransa Qəzza sülh planının bütün mərhələlərində iştirak etmək niyyətindədir”

Dünya

13.10.2025 - 16:51

"Girovların azad edilməsi ilə İsrail, Qəzza və bütün region üçün sülh mümkün olacaq”

Fransa ABŞ-ın təklif etdiyi Qəzza sülh planının bütün mərhələlərində iştirak etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial media platformasında yazıb.

O qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi İsrail və Qəzza arasında sülh nizamlanmasına müsbət təsir göstərəcək.

"Girovların azad edilməsi ilə İsrail, Qəzza və bütün region üçün sülh mümkün olacaq. Fransa səfərbər etdiyi ərəb tərəfdaşları ilə birlikdə Prezident Trampın planının bütün mərhələlərində iştirak edəcək", deyə yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş