Mahmud Abbas Ərdoğandan üzr istəmək üçün Türkiyəyə gəlir

Dünya

29.07.2024 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

Fələstin liderinin Türkiyə Parlamentində çıxış edəcəyi gözlənilir

Fələstin Prezidenti Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın üzr istəməsi tələbindən sonra Türkiyəyə səfər edir. AYNA xəbər verir ki, bu barədə iqtidaryönlü Türkiyə qəzetləri yazıb.

Fələstin liderinin Türkiyə Parlamentində çıxış edəcəyi qeyd edilir.

Qeyd edək ki, iyulun 27-də Türkiyə Prezidenti Türkiyə Parlamentində çıxış etməkdən imtina edən Fələstin Muxtariyyətinin rəhbəri Abbasın üzrxahlığını gözlədiyi barədə məlumat yayılmışdı. Onun sözlərinə görə, Türkiyə Parlamenti Abbası ABŞ Konqresində İsrailin Baş naziri Benyamin Netanyahu ilə eyni vaxtda danışmağa dəvət edib, lakin Fələstin tərəfi bu təklifə dəqiq cavab verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş