Mahaçqaladakı partlayışda xəsarət alanların sayı 119 nəfərə çatıb

Dünya

16.08.2023 - 21:18

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 35 nəfər ölüb

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermiş partlayış zamanı 20 uşaq xəsarət alıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Prezidentinin hökumət üzvləri ilə görüşündə bildirib.

“Təəssüf ki, hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb. Vəziyyət yerində qiymətləndirildikdən sonra 3-ü uşaq olmaqla 16 pasiyentin sağlamlıq vəziyyəti ilə əlaqədar Moskvadakı federal tibb qurumlarına təxliyə edilməsi qərara alınıb”, - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş