Cütlük əməliyyat zamanı təhlükəsiz binaya sığınmağa çalışarkən xəsarət alıb
Venesuela Prezidenti Nikolaas Maduro və həyat yoldaşı Cilia Flores ABŞ-ın hərbi əməliyyatı zamanı Karakasda yaralanıblar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu iddia ilə yüksək vəzifəli bir hərbi məmur və Konqres brifinqi ilə tanış olan bir mənbə çıxış edib.
Mənbənin sözlərinə görə, cütlük əməliyyat zamanı təhlükəsiz bir binaya sığınmağa çalışıb. Bu zaman Amerika xüsusi təyinatlıları səs bombalarından istifadə ediblər.
“Bild”in məlumatına görə, Maduro və Flores saxlanılarkən hər ikisinin üzərində qal ləkələri olub.
Məhkəmədə onların vəkilləri hər ikisinə tibbi yardım üçün vəsatət qaldırıblar. Floresin vəkili bildirib ki, o "oğurluq zamanı" qabırğalarının zədələnməsi də daxil olmaqla "ciddi xəsarətlər" alıb və tibbi müayinədən keçməlidir. Maduronun müdafiə vəkili də müvafiq vəsatət qaldırıb. Məhkəmə zalındakı jurnalistlər Cilia Floresin başında qançırlar və sarğı olduğunu bildiriblər.