Maduro: “ABŞ-ın Kubaya ən yaxşı yardımı sanksiyaların ləğvi olardı”

Dünya

31.10.2025 - 14:17

“Ən yaxşı yardım Kubaya qarşı bütün iqtisadi sanksiyanı və bütün iqtisadi təqib tədbirlərini ləğv etməkdir"

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, iqtisadi embarqonun və bütün iqtisadi təzyiq tədbirlərinin tamamilə ləğvi ABŞ-ın Kubaya verə biləcəyi ən yaxşı yardım olardı.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Maduronun sözlərinə görə, "ABŞ hökuməti ilk dəfə Kubaya yardım təklif edib”.

“Ən yaxşı yardım Kubaya qarşı bütün iqtisadi sanksiyanı və bütün iqtisadi təqib tədbirlərini ləğv etməkdir", - Venesuela Prezidenti qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Melissa qasırğasının nəticələri ilə əlaqədar Kubaya humanitar yardım göstərməyə hazır olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş