Hadisə nəticəsində 4 nəfər ölüb
Macarıstanda ralli yarışı zamanı avtomobillərdən biri yoldan çıxaraq tamaşaçılara çırpılıb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb, çoxlu sayda tamaşaçı xəsarət alıb.
Qəza Labatlan və Bayot şəhərləri arasındakı yolda baş verib.
Qəzaya görə yarış yarımçıq dayandırılıb.