Macarıstan yeni anti-Rusiya sanksiyalar paketinə müdaxilə etməyəcək

Dünya

21.10.2025 - 12:47

Peter Siyarto: “Bizim sanksiyalar paketini əngəlləmək planımız yoxdur”

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbuluna müdaxilə etmək niyyətində deyil. AYNA.AZ “Euroactiv”ə istinadən bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Bizim sanksiyalar paketini əngəlləmək planımız yoxdur”, - nazir qeyd edib.

Siyarto vurğulayıb ki, Budapeşt yeni anti-Rusiya məhdudiyyətlər paketindən “Macarıstanın milli maraqlarına zidd olan bütün tədbirləri” çıxarmağa nail olub.

“Euractiv”in Macarıstanın Rusiyaya qarşı yeni tədbirlərin “müzakirəsinə töhfə verməsi” ilə bağlı sualına cavab olaraq nazir qeyd edib ki, “Brüsselin Moskvaya qarşı sanksiya siyasəti iflasa uğradığına əminəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş