Macarıstan Parlamentindən Prezidentin istefasına reaksiya

Dünya

11.02.2024 - 12:34

cedabet dərman SEO Xidməti

Fraksiya rəhbəri Novak və Varqinin işlərinə və ictimaiyyətin maraqlarını diqqətdə saxladıqlarına görə təşəkkür edib

Macarıstan Parlamentinin hakim “Macarıstan Vətəndaş Birliyi” fraksiyasının rəhbəri Mate Koçiş ölkə Prezidenti Katalin Novak və Ədliyyə Nazirliyinin keçmiş rəhbəri Yudit Varqinin istefası barədə danışıb. AYNA xarici mediaya istinadən bildirir ki, Koçiş pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa vermək barədə qəbul edilən qərarları düzgün adlandırıb.

Fraksiya rəhbəri Novak və Varqinin işlərinə və ictimaiyyətin maraqlarını diqqətdə saxladıqlarına görə təşəkkür edib.

Eyni zamanda, Koçiş qeyd edib ki, müxalif siyasətçilər öz səhvlərinə görə belə bir məsuliyyət daşımırlar ki, bu da mənəvi fərqdən irəli gəlir.

Bundan əvvəl Varqi ölkə Prezidenti Katalin Novakın uşaq evində cinsi zorakılıq faktının ört-basdır edilməsinə köməklik etdiyinə görə məhkum edilmiş şəxsin əfv edilməsi barədə qərarının hazırlanmasına cavabdeh olduğunu bildirmişdi.

Xatırladaq ki, Novak 2022-ci il mayın 10-dan dünənədək Macarıstanın Prezidenti olub. Novak ölkədə bu vəzifəni tutan ilk qadındır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş