Luvr Muzeyinin direktoru təhlükəsizliklə bağlı parlamentdə sualları cavablandıracaq

Dünya

15.11.2025 - 11:24

Kars muzeyin təhlükəsizliyinin yenidən qurulması və gələcək idarəçiliyi ilə bağlı sorğu-sual ediləcək

Parisdəki Luvr Muzeyinin direktoru Lorens de Kars 19 noyabrda Fransa Parlamentinin Mədəniyyət Komitəsində çıxış edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumatlara görə, muzeyin administrasiya rəhbəri son soyğunçuluq hadisəsindən sonra muzeyin təhlükəsizliyinin yenidən qurulması və gələcək idarəçiliyi ilə bağlı sorğu-sual ediləcək.

Qeyd edək ki, oktyabr ayında, Luvr soyğunçuluğundan üç gün sonra, de Kars Fransa Parlamentinin yuxarı palatası olan Senatda ifadə verib. O muzeyin infrastrukturunun təxminən 40 ildir yenilənmədiyini və təcili olaraq modernləşdirməyə ehtiyac duyduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş