Lukaşenkonun daha bir rəqibi Polşaya qaçdı

Dünya

16.08.2020 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

Çepkalo Varşavada Vaşinqtondan gələn siyasətçilərlə görüşməyi planlaşdırır

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezident seçkilərində keçmiş rəqibi Valeri Çepkalo ailəsi ilə birlikdə Ukraynanı tərk edərək Polşaya keçib. AYNA xəbər verir ki, bu barədə belarus siyasətçinin qərargahına xəbər yayıb.

 

Qərargahdan bildirilib ki, Çepkalo Varşavada Vaşinqtondan gələn çox nüfuzlu siyasətçilərlə görüşməyi planlaşdırır. Siyasətçinin qərargahı həmçinin qeyd edib ki, Çepkalo ailəsi ilə birlikdə Troebortnoye Sərhəd Keçid Məntəqəsində üç saatdan çox saxlanılıb.

 

Qeyd edək ki, “Hi-Tech” Texnologiya Parkının qurucusu olan Valeri Çepkalo avqustun 9-da keçirilmiş prezident seçkilərində namizəd kimi qeydə alınmadı. Bundan sonra Çepkalo təqiblərdən qorxaraq iki övladı ilə ölkəni tərk etdi. O açıqlamasında bildirmişdi ki, yaxınlaşan həbs barədə məlumat alıb.

 

Belarus Daxili İşlər Nazirliyi Çepkalonun qanunsuz fəaliyyət göstərdiyi haqqında faktlar olduğunu, araşdırma başladıldığını açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş