Lukaşenkodan həbs olunan etirazçılarla bağlı göstəriş

Dünya

14.08.2020 - 12:50

Həkimlər Klinikalar SEO Xidməti

Prezident bütün həbs faktlarının araşdırılmasını tapşırıb

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə keçirilən etiraz aksiyaları zamanı bütün həbs faktlarının araşdırılmasını tapşırıb. AYNA “Sputnik Belarus”-a istinadən xəbər verir ki, bu barədə Belarus parlamentinin Yuxarı Palatasının spikeri Natalya Koçanova bildirib.

 

Onun sözlərinə görə, dövlət başçısı əmək kollektivlərinin rəyini eşidib və bu istiqamətdə araşdırma aparılması barədə göstəriş verib.

 

“Bu gün mindən çox insan icazəsiz aksiyalarda iştirak etməmək öhdəliyi ilə sərbəst buraxıldı. Yetkinlik yaşına çatmayanlar valideynlərinə təhvil verildi”, - deyə spiker vurğulayıb.

 

Bundan əvvəl Belarusun Daxili İşlər naziri Yuri Karaev ölkədə baş verən kütləvi etiraz aksiyalarında zərər çəkmiş vətəndaşlardan üzr istəmişdi: “Mən məsuliyyət daşıyıram. Etirazlar zamanı təsadüfi insanların yaralanmasına görə üzr istəyirəm”.

 

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. Rəsmi açıqlamaya görə, hazırkı ölkə başçısı Aleksandr Lukaşenko seçicilərin 80 faizdən çoxunun səsini qazanıb. Seçkinin nəticələri ilə razılaşmayan belaruslar, kütləvi həbslər və təhlükəsizlik qüvvələrinin sərt zorakılığı ilə müşayiət olunan kütləvi etiraz aksiyalarına başlayıblar. Artıq 6 gündür ki, ölkədə etiraz aksiyaları keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş