“Daha mübahisələrimiz yoxdur. Tətillər bitdi”
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə fəhlə tətillərinin bitdiyini elan edib. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, ölkə başçısı bütün dövlət və özəl müəssisələrin yüksək iqtisadi nəticələr əldə etmələri üçün səmərəli işləmələrinin vacibliyini vurğulayıb.
“Beləliklə, daha mübahisələrimiz yoxdur. Tətillər bitdi. İqtisadiyyatla məşğul olmalıyıq”, - deyə Lukaşenko vurğulayıb.
Bundan əvvəl Lukaşenko tətillərə reaksiya verərək, sənayenin sabit fəaliyyətini ölkə iqtisadiyyatının təməl daşı adlandırmışdı.
Xatırladaq ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı olan Belarus xalqı etiraz aksiyalarına başlayıb. 3 həftədir ki, davam edən aksiyalara Belarusun iri sənaye müəssisələrinin işçiləri də dəstək verərək, tətil edirdilər. Xalq Prezidentin istefasını, yeni seçki keçirilməsini tələb edir. Lukaşenko isə aksiya edənləri xarici qüvvələrin fitvası ilə hərəkət etməkdə, hadisələrin ölkənin müstəqilliyinə xaricdən müdaxilə kimi dəyərləndirir.