Lukaşenko Putinlə telefon danışığının detallarını açıqlayıb

Dünya

28.08.2020 - 17:52

Həkimlər Klinikalar SEO Xidməti

Belarus Prezidenti: “Xaricdən təhlükə varsa, ortaq bir hərbi qruplaşmadan istifadə etmək lazımdır”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə respublikada və onun sərhədlərindəki vəziyyətlə əlaqədar danışıqlarının detallarını açıqlayıb.

 

AYNA BeLTA-ya istinadən bildirir ki, Lukaşenko Belarusdakı etirazların arxasında Qərb dayandığını hesab edir. Onun sözlərinə görə, NATO bölmələri Belarus sərhədinə yaxın ərazilərə yerləşdirilir.

 

“Bizim Rusiya ilə müqaviləmiz var. Dostum Putinıə zəng zamanı dedim ki, nə edəcəyimizi düşünək. Mənə bildirdi ki, onların (Qərbin) nə istədiklərini bilirik. Putin artıq Çeçenistan müharibəsi ilə bağlı bir neçə belə mərhələni keçib və sərhədlərdə nələrin baş verdiyini bilir”, - deyə Lukaşenko vurğulayıb.

 

Belarus Prezidenti qeyd edib ki, o və Putin birlikdə problemin öhdəsindən gələcəklərinə razılaşıblar: “Xaricdən təhlükə varsa, ortaq bir hərbi qruplaşmadan istifadə etmək lazımdır. Rusiya bizə dəstək olmalıdır. İndiyədək təhlükələrə qarşı Belarus özü təkbaşına müqavimət göstərirdi. Ancaq Avrasiya Birliyi dövlətinin qərb sərhədində təhlükə varsa, bu təkcə Belarusun məsələsi deyil. Putin anladı ki, Belarusu müdafiə etmək ilk növbədə Rusiyanı müdafiə etməkdir”.

 

Qeyd edək ki, Putinin göstərişi ilə Belarusa yardım məqsədilə Rusiya hərbçilərindən ibarət “ehtiyat qüvvələr” yaradılıb. Kreml hesab edir ki, Belarusda vəziyyət qarışsa həmin qüvvə məsələyə müdaxilə edə bilər.

 

Xatırladaq ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı olan Belarus xalqı etiraz aksiyalarına başlayıb. Aksiyalar 3 həftədir ki, davam edir. Xalq Prezidentin istefasını, yeni seçki keçirilməsini tələb edir. Lukaşenko isə aksiya edənləri xarici qüvvələrin fitvası ilə hərəkət etməkdə, hadisələrin ölkənin müstəqilliyinə xaricdən müdaxilə kimi dəyərləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş