“Mobil telefonunuz varsa, nə etdiyiniz və ya hara getdiyiniz artıq sirr deyil"
Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatların sızması riskini əsas gətirərək məmurları stasionar telefonlardan istifadə etməyə çağırıb. AYNA.AZ BelTA-ya istinadən bildirir ki, Prezident bunun onların söhbətlərinin "Kanada və ya ABŞ-dakı serverlərdə" görünməməsini təmin etməyə kömək edəcəyini söyləyib.
Lukaşenko vurğulayıb ki, onun mövqeyi mühafizəkarlığa əsaslanmır, əksinə, təhlükəsizlik narahatlıqları ilə bağlıdır: "Mmən mühafizəkaram, amma bu mühafizəkarlıqdan irəli gəlmir. Mobil telefonunuz varsa, nə etdiyiniz və ya hara getdiyiniz artıq sirr deyil", - Belarus lideri vurğulayıb.
Dövlət başçısı həmçinin tam rəqəmsallaşmaya şübhə ilə yanaşaraq bildirib ki, "hər şeyi rəqəmsallaşdırmağa ehtiyac yoxdur" və mümkünsə, "buna qarışmamaq daha yaxşıdır".
O qeyd edib ki, müəyyən sənədləri və məlumatları kağız üzərində saxlamaq məsləhətdir.