Belarus lideri xanım müxalifətçinin tutulmasına haqq qazandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikovanı Ukraynadakı bacısının yanına qaçmaq istəməkdə ittiham edib. AYNA xəbər verir ki, bu barədə jurnalist Olqa Skabeva özünün “Telegram” kanalında bildirib.
Belarus lideri məlumatı haradan aldığını açıqlamayıb, amma keçmiş sərhəd zabiti olaraq Kolesnikovanın tutulmasını düzgün sayıb.
Qeyd edək ki, Belarus müxalifətinin liderlərindən olan xanım Kolesnikova sentyabrın 7-də Minskin mərkəzində naməlum şəxslər tərəfindən avtomobilə mindirilərək qaçırılıb.
8 sentyabr səhəri Belarus Dövlət Sərhəd Komitəsi, Kolesnikovanın Koordinasiya Şurasının digər üzvləri, Anton Rodnenkov və İvan Kravtsovla birlikdə Ukraynanı tərk etmək istədiklərini açıqlayıb. Rəsmi açıqlamaya görə, Kolesnikova və digərləri ölkəni qanunsuz olaraq tərk etməyə çalışıb. Lakin sərhədçilər onu saxlayıblar.
Ukrayna tərəfi isə müxalifətçilərin Belarusdan zorla qovulduğunu bildirib. Kolesnikova isə ölkəni tərk etməmək üçün öz pasportunu sərhəddə cıraraq müqavimət göstərib.