Belarusda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
Dünən Belarusda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Seçkilərin ilkin nəticələrə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 80,23 faiz səs toplayıb. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 9,9 faiz səslə ikinci yerdədir.
Digər namizədlər, Anna Kanopatskaya 1,68 faiz, Andrey Dmitriyev 1,04 faiz, Sergey Çereçen 1,13 faiz səs toplayıblar.