Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Hadisə

13.05.2026 - 10:55

FHN hadisə ilə bağlı məlumat yayıb

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə çoxsaylı yanğınsöndürən texnika, canlı qüvvə, FHN-in helikopteri cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş