Liviyada qarşıdurmada 2 nəfər ölüb

Dünya

29.10.2023 - 21:18

cedabet dərman SEO Xidməti

Qarşıdurmalara görə universitetdə tədris dayandırılıb

Liviyanın şimal-qərbindəki Qaryan şəhərində qarşıdurma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

AYNA “Report”a istinadən xəbər verir ki, münaqişə səhər tezdən ağır silahların istifadəsi ilə alovlanıb. Yerli universitetin rəhbərliyi toqquşmalar bitənədək fəaliyyəti dayandırmaq qərarına gəlib və işçiləri təhsil müəssisəsinin binasına gəlməməyə çağırıb.

Öz növbəsində, Liviyanın Milli Birlik Hökumətinin səhiyyə naziri Ramazan Əbu Canah tibbi xidmətlərə hazırlıq səviyyəsini yüksəltmək və tibb işçilərinə kömək etmək üçün işçiləri Qaryana göndərmək barədə göstəriş verib.

Eyni zamanda, “Libya al-Ahrar” telekanalının məlumatına görə, toqquşmalar yerli qruplaşmaların rəhbərliyi ilə əlaqəli qüvvələr şəhərə daxil olduqdan və Liviya təhlükəsizlik xidmətinin üzvlərinin də daxil olduğu Sabitliyə dəstək aparatının qərargahını ələ keçirdikdən sonra başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş