Liviyada daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb

Dünya

18.09.2023 - 01:14

Həkimlər Klinikalar SEO Xidməti

Dernada 10 min nəfərdən çox adamın itkin düşdüyü bildirilir

Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin məlumat yayıb.

Məlumata görə, hazırda ölənlərin sayı 3 252 nəfər təşkil edir.

Bundan əvvəl BMT-nin Liviyadakı ofisi məlumat yayıb ki, təbii fəlakət nəticəsində 11 mindən çox insan ölüb. Həmçinin Dernada 10 min nəfərdən çox adam itkin düşüb. Dernadan kənarda Liviyanın şimal-şərqində daşqınlar nəticəsində 170 nəfər həlak olub.

Müəllif: Ayna.az