Liviyada daşqınlar nəticəsində 6 min nəfər ölüb

Dünya

13.09.2023 - 01:11

cedabet dərman SEO Xidməti

Ölənlərin sayının artacağı bildirilib

Liviyanın Derna şəhərində daşqınlar nəticəsində 6 min nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.

Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş