Liviya ordusundan daha bir uğurlu əməliyyat

Dünya

19.05.2020 - 14:17

cedabet Klinikalar SEO Xidməti

Ər-Ravaqa yoluna 4 hücum reallaşdırılıb

 

Liviya ordusu Xəlifə Həftarın nəzarətində olan ərazilərə növbəti hava zərbələri endirib. AYNA xəbər verir ki, bu barədə Liviya ordusunun sözcüsü Məhəmməd Kununu açıqlama verib.

 

O, ordunun paytaxt Tripolidən 450 kilometr şərqdə, Sirt şəhərinin cənubundakı Ər-Ravaqa yoluna 4 hücum reallaşdırdıqlarını söyləyib.

 

Kununu hücumlar nəticəsində 2 hərbi texnika, silah-sursat və 2 yanacaq doldurma məntəqəsinin məhv edildiyini, həmçinin Həftarın rəhbərlik etdiyi qruplaşmanın 5 üzvünün öldüyünü bildirib.

 

Qeyd dək ki, Liviya ordusu dünən səhər ölkənin qərbindəki strateji Vatikan Hərbi Bazasını Haftardan geri aldıqlarını açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş