Liviya neft sənayesini bərpa edir

Dünya

08.06.2020 - 00:47

Həkimlər Klinikalar SEO Xidməti

Ölkənin ən böyük Əl-Şarara neft yatağında hasilata başlanılır

 

Liviya Milli Neft Korporasiyası (MOK) ölkənin ən böyük Əl-Şarara neft yatağında hasilatını bərpa edir. Bu barədə AYNA xarici mediaya istinadən xəbər verir. MOK-dan bildirilib ki, xammal istehsalı gündə 30 min barrel səviyyəsində bərpa olunacaq.

 

Əl-Şarara yatağında neft hasilatı təxminən beş ay əvvəl dayandırılmışdı. Buna görə, ölkə beş milyard dollardan çox itirib. Yanvar ayından isə əsas terminallar Liviyada dəaliyyətini dayandırıb.

 

Həmin vaxt MOK fors-major vəziyyətin yarandığını elan edərək, müqavilə öhdəliklərini yerinə yetirməyin mümkünsüzlüyünü açıqlamışdı. Yanvarın 19-da gündəlik istehsalı təxminən 400 min barrel olan Əl-Şarara və yaxınlıqdakı Əl-Fil yatağı bağlandı. Nəticədə Liviyanın neft sənayesi faktiki olaraq dayanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş